الثلاثاء، 19 فبراير 2019

Hüquqi məsuliyyətin anlayışı və əlamətləri


Hüquqi məsuliyyət elə hüquq münasibətidir ki, bu münasibətin bir tərəfi digər bir tərəf qarşısında həyata keçirdiyi hüquqazidd əməlinə görə cavab verməlidir.
Hüquqi məsuliyyətə iki yanaşma var:
1. Pozitiv hüquqi məsuliyyət;
2. Neqativ hüquqi məsuliyyət.
Pozitiv hüquqi məsuliyyət hələlik törədilməmiş məsuliyyətdir. Neqativ hüquqi məsuliyyət isə artıq törədilmiş məsuliyyətdir.
Pozitiv məsuliyyət  cəmiyyət  xeyrinə, vətəndaşlıq borcu olaraq həyata keçirilən hərəkətləri ifadə edir. Vəzifəli şəxslərin vətəndaşlar və dövlət qarşısında məsuliyyəti də pozitivdir və əslində, burada söhbət onun hər hansı məsuliyyət daşımasından deyil, vəzifəsinə əməl etməsindən gedir. Lakin bu bölgü, əksər alimlər tərəfindən rədd edilir. Rədd edənlərin fikrinə görə, yalnız hüquqazidd əməllərə görə nəzərdə tutulan  məsuliyyət hüquqi məsuliyyət adlandırıla bilər. Buna görə də, hüquq pozuntusu şəxsin məsuliyyət həcminin  müəyyən edilməsi üçün şərtdir.
Hüquqi məsuliyyətin əsas şərti hüquq pozuntusudur. Şəxsin davranışı hüquq pozuntusunun əlamətləri ilə üst-üstə düşmürsə, bu zaman onu məsuliyyətə cəlb etmək olmaz.


ليست هناك تعليقات:

إرسال تعليق