Hüquqi məsuliyyətin anlayışı və əlamətləri
Hüquqi məsuliyyət
elə hüquq münasibətidir ki, bu münasibətin bir tərəfi digər bir tərəf
qarşısında həyata keçirdiyi hüquqazidd əməlinə görə cavab verməlidir.
Hüquqi məsuliyyətə
iki yanaşma var:
1. Pozitiv
hüquqi məsuliyyət;
2. Neqativ
hüquqi məsuliyyət.
Pozitiv
hüquqi məsuliyyət hələlik törədilməmiş məsuliyyətdir. Neqativ hüquqi məsuliyyət
isə artıq törədilmiş məsuliyyətdir.
Pozitiv məsuliyyət cəmiyyət
xeyrinə, vətəndaşlıq borcu olaraq həyata keçirilən hərəkətləri ifadə
edir. Vəzifəli şəxslərin vətəndaşlar və dövlət qarşısında məsuliyyəti də
pozitivdir və əslində, burada söhbət onun hər hansı məsuliyyət daşımasından
deyil, vəzifəsinə əməl etməsindən gedir. Lakin bu bölgü, əksər alimlər tərəfindən
rədd edilir. Rədd edənlərin fikrinə görə, yalnız hüquqazidd əməllərə görə nəzərdə
tutulan məsuliyyət hüquqi məsuliyyət
adlandırıla bilər. Buna görə də, hüquq pozuntusu şəxsin məsuliyyət həcminin müəyyən edilməsi üçün şərtdir.
Hüquqi məsuliyyətin
əsas şərti hüquq pozuntusudur. Şəxsin davranışı hüquq pozuntusunun əlamətləri
ilə üst-üstə düşmürsə, bu zaman onu məsuliyyətə cəlb etmək olmaz.
ليست هناك تعليقات:
إرسال تعليق